Mədədə narahatlıq və köp zamanı FAYDALI ÇAY

15.11.2024

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Mədənizdə narahatlıq varsa və köpdən əziyyət çəkirsinizsə, sizə cirə çayını məsləhət görürük.

Lent.az xəbər verir ki, cirə çayı qaz dağıdan xüsusiyyətə sahib olub mədə və bağırsaq qazlarına qarşı faydalıdır. Mədə narahatlığı olan şəxslər gündə 2-3 dəfə cirə çayı içməklə bu problemdən xilas ola biləcək. Cirə həzm probleminin təbii dərmanıdır. Qazı yox edən, mədəni gücləndirən və öskürəyi aradan qaldıran təsirə malikdir.

Qaz problemi və köpü olan uşaqlara da cirə çayı içirmək məsləhətdir. Uşaqlar üçün çay hazırlayarkən, yarım çay qaşığı cirə toxumunu 1 stəkan qaynar suda dəmləməniz kifayətdir. Böyüklər üçün isə yaxşıca əzilmiş 1 çay qaşığı cirəni 1 stəkan qaynar suda 8-10 dəqiqə dəmləyin, sonra süzün. İçərisinə şəkər tozu və bal əlavə edilərək içilir.

Onu da qeyd edək ki, cirənin çox qəbul edilməsi baş ağrısı və görmə pozğunluğu yaradır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью