Mədəkiçiltmə əməliyyatı olunan 31 yaşlı qadın öldü

04.11.2024

Shownews saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncədə mədəkiçiltmə əməliyyatı olunan şəxs vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, sentyabrın 21-i Gəncə şəhərindəki özəl klinikaların birində mədəkiçiltmə əməliyyatı etdirən və həmin klinikada müalicə alan Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü G.Bayramova dünən ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

***

Əldə etdiyimiz məlumata görə, hadisə Gəncədə fəaliyyət göstərən “VMR Estetik” klinikasında baş verib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью