Mədəndə 1420 işçi acsusuz qaldı

10.12.2024

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Cənubi Afrika Respublikasının Şimal-Qərb əyalətindəki tərk edilmiş Stillfontein qızıl mədənində yeraltı mübarizə aparan və ac-susuz 1420 qanunsuz mədən işçisi  polisə təslim olub.

"Cebheinfo.az" xəbər verir ki, noyabr ayında qeyri-qanuni mədən işlərinin qarşısını almaq üçün su və ərzaq təchizatı kəsilib.

Həftələrlə yerin altında qalan bəzi mədənçilər təslim olmaqdan imtina ediblər. Nəticədə 8 mədənçinin cəsədi çıxarılıb.

Polisə təslim olan mədənçilərin əksəriyyətinin Mozambik vətəndaşları olduğu açıqlanıb.

Polis sözçüsü həftə sonu daha 6 mədənçinin səthə çıxarıldığını və ümumilikdə 1420 nəfərin təslim olduğunu açıqlayıb.

Prezidentin İşlər Naziri Khumbudzo Ntshavheninin mədənçilərin "lazım gələrsə, tüstü ilə çıxarılacaqları" barədə bəyanatı ictimai sərt tənqidlərə səbəb olub.

Qeyd edək ki, Cənubi Afrikada qeyri-qanuni mədənçilik iqtisadi çətinliklər səbəbindən geniş yayılmış problemə çevrilib. 

Tərk edilmiş mədənlərdə işləyən mədənçilər həm həyatlarını, həm də sağlamlıqlarını riskə atırlar.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью