Mədəndə partlayış: 6 nəfər öldü Bu ölkədə KONKRET

15.08.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kolumbiyanın mərkəzində yerləşən Kundinamarka departamentinin Kukunuba şəhərində kömür mədənində baş verən partlayış nəticəsində 6 mədənçi həyatını itirib.

KONKRET.az xəbər verir ki, bu barədə cümə günü qubernator Xorxe Emilio Rey “X” sosial şəbəkəsində məlumat verib.

“Kukunubadakı “El Porvenir 1″ mədənində xilasetmə əməliyyatları başa çatdıqdan sonra 6 nəfərin ölü vəziyyətdə aşkar edildiyini təəssüflə bildiririk”, — Rey “X” sosial şəbəkəsində yazıb.

Qubernator bildirib ki, mədən rəsmiləşdirmə prosesindən keçən Xüsusi Qoruq Ərazisinin bir hissəsidir və yaxın vaxtlarda Milli Mədən Agentliyi tərəfindən yoxlanılıb.

Onun sözlərinə görə, yoxlama zamanı təkmilləşdirilməsi zəruri olan təhlükəsizlik problemləri aşkarlanıb və təkmilləşdirmə planı həyata keçirilənədək mədəndə işlərin dayandırılması barədə qərar qəbul edilib.

Rey bildirib ki, dayandırma qərarına baxmayaraq, əməkdaşların material hasilatı işlərini davam etdirməsi Milli Mədən Agentliyi tərəfindən araşdırılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью