Mədəni dəyərlərə xidmətdə keçən ömür | Icma.az
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Zöhrə Əliyeva – 65 Azərbaycan Mətbuat Şurasında mədəniyyət mövzusunda tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi, “Mədəniyyət” jurnalının baş redaktoru, fəlsəfə dokturu, yaradıcılıq birliklərinin üzvü Zöhrə Əliyevanın 65 illik yubileyi həmkarlarının, elmi-mədəni ictimaiyyət təmsilçilərinin iştirakı ilə təntənəli surətdə qeyd edildi.
Mərasimi giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid yubilyarın həyat və yaradıcılığı barədə məlumat verərək bildirdi ki, Zöhrə Əliyeva milli dəyərlərə sevgi və mənəvi zənginlik mühitində böyüyüb, tərbiyələnib.
1983-cü ildə Rus dili və Ədəbiyyatı İnstitutunu uğurla bitirmiş gənc Şamaxı rayonu Qaravəlli kənd orta məktəbində müəllim, eyni zamanda, “Yeni Şirvan – Novıy Şirvan” rayon qəzetində müxbir-tərcüməçi işləyib.
Pedaqoji və jurnalistik fəaliyyət sonrakı illərdə də Zöhrə Əliyevanın bioqrafiyasında paralel davam edib.
Uzun illər Azərbaycan Teleradio Verilişləri Komitəsinin ədəbi-dram verilişləri baş redaksiyasında, sonrakı illərdə “Lider” TV-də müxtəlif vəzifələrdə çalışmış həmkarımız populyar incəsənət proqramlarındakı çıxışları ilə mədəniyyət sahəsində yetkin redaktor və teleaparıcı kimi tanınıb.
Elmlər namizədi dissertasiyası müdafiə etmiş Zöhrə xanım məzunu olduğu ali məktəbdə dərs deyib.
O, Mədəniyyət Nazirliyində mətbuat katibi və informasiya mütəxəssisi kimi səmərəli fəaliyyətini isə son illərdə bu qurumun “Mədəniyyət” jurnalının redaktoru olaraq davam etdirir.
Tam oxu
Xəbəri oxu