Mədəni və yaradıcı sənayelərin ÜDM dəki payı 2% ə çatıb | Icma.az
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Mədəni və yaradıcı sənayelərin yaratdığı əlavə dəyərin ÜDM-dəki payı da artaraq 0,8 faizdən 2 faizə çatıb”.Bakıvaxtı.az xəbər verir ki, bunu Mədəniyyət və Yaradıcı Sənayelərin Təqaüd Proqramının nəticələrinin elan olunmasına həsr olunmuş mətbuat konfransında Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri Səadət Yusifova deyib.O qeyd edib ki, bu yüksəlişin əsas səbəblərindən biri mədəni təhsil və tədris sahəsində aparılan islahatlar, davamlı sertifikatlaşma və təqaüd proqramlarının həyata keçirilməsidir.“Mədəniyyət Nazirliyinin 2024-cü ildə başladığı Xüsusi Təqaüd Proqramı artıq ikinci seçim mərhələsini uğurla başa vurub.
Hazırda ümumilikdə 44 tələbə 16 ölkənin 33 ali təhsil müəssisəsində təhsil alır”.Mina Mikayılova Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu