Mədəni xidmət təcrübəsi beynəlxalq dəyər qazanıb

09.07.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq səviyyədə daha bir uğur qazanıb.

Amerika Birləşmiş Ştatlarının nüfuzlu nəşri “World Economic Magazine”nin təşkil etdiyi müsabiqədə qurumun “Mədəni irsdə ictimai iştirak üzrə mükəmməllik - Azərbaycan 2026” layihəsi mükafata layiq görülüb.

Bu təltif mədəni irsin qorunması və idarə olunması sahəsində ictimai iştirakçılığın təmin edilməsi, innovativ yanaşmaların tətbiqi, mədəni irs obyektlərinin rəqəmsallaşdırılması və məlumat bazalarının səmərəli idarə olunması istiqamətində həyata keçirilən uğurlu fəaliyyətə görə təqdim olunub.

Bu seçimdə əsas meyarlardan birinin qurumun vətəndaş mərkəzli xidmət modelinin formalaşdırılması, 6 istiqamətdə rəqəmsallaşdırılmış xidmətlərin “bir pəncərə” prinsipi əsasında göstərilməsi, müraciətlərin operativ və şəffaf qəbulunun təmin edilməsi olub.

Vətəndaşların “MyCulture” portalında şəxsi kabinet yaradaraq elektron xidmətlərdən istifadə və müraciətlərin icra vəziyyətini asan izləmə imkanları vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edən və ictimai iştirakçılığı təşviq edən model kimi dəyərləndirilib.

Qeyd edək ki, “World Economic Magazine” tərəfindən təşkil olunan müsabiqələrdə Avstraliya, ABŞ, İsveçrə, Portuqaliya, Kanada, Misir, Meksika, Səudiyyə Ərəbistanı və digər ölkələri təmsil edən müxtəlif dövlət qurumları və özəl təşkilatlar fərqlənərək mükafata layiq görülüblər.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью