“Mədəni yurdumuz” verilişi yayıma başlayır

02.04.2025

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Aprelin 3-də Mədəniyyət Nazirliyi və “Yurd FM” radiosunun birgə təşkilatçılığı ilə

“Mədəni yurdumuz” adlı veriliş ictimaiyyətə təqdim ediləcək.

Bakupost.az xəbər verir ki, yeni layihədə müxtəlif tarixi dövrlərlə yanaşı, çağımızın da mədəni dəyərlərindən bəhs ediləcək, ölkəmizin mədəni mühitində gedən proses və yeniliklər

dinləyicilərin diqqətinə çatdırılacaq.

Verilişi hər həftənin cümə axşamı saat 17:00-da “Yurd FM”-də dinləyə bilərsiniz.

Verilişdə eyni zamanda yaxın günlərdə nəzərdə tutulan mədəni tədbirlərin afişaları, maraqlı mədəniyyət xəbərləri və müsahibələr də təqdim ediləcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью