Mədəniyyət işçiləri əsgər getməlidir? Sosioloqdan açıqlama | Icma.az
Icma.az, Sherg.az portalına istinadən məlumat verir. "Mədəniyyət sahəsində çalışan bəzi şəxslər var ki, onların hərbi xidmətə cəlb edilməsin
Bura xoreoqrafiya, balet, milli rəqs və incəsənətin digər həssas sahələrində çalışan insanlar aiddirlər".Bu fikirləri jurnalistlərə açıqlama
Çünki elə sahələr var ki, biz gərək sənətçilərimizin cəlb edilməsi və qorunması məsələsini təmin edək.
Çünki bu sənət sahələri həssas sahələridir. Bu sahənin adamlarının yaradıcılığının ortaya qoyulması böyük zaman tələb edir.
Təbii ki, hər bir şəxsin hərbi xidmət keçmək borcudur, lakin bunun alternativ istiqamətləri də var və düşünürük ki, müvafiq qurumlar bu kateqoriyadan olan şəxslərin hərbi xidmətə çağırışının xüsusi əsaslarını müəyyən etmək üçün müzakirələr aparmalı və qanunvericiliyə müəyyən dəyişikliklər barədə təkliflər müzakirə olunmalıdır", - deyə nazir əlavə edib.Sosioloq Mətanət Məmmədova “Sherg.az”a bildirib ki, Azərbaycanda mədəniyyət sahəsində çalışanların hərbi xidmətə cəlb edilməsi ilə bağlı fərqli addımları yerinə yetirmək tezdir:“Milli Məclisdə hərbi xidmətin ödənişli vasitələrlə həyata keçirilməsi müzakirə olundu.
Düşünürəm ki, gələcəkdə öz əksini tapandan sonra istifadə etmək olar. Bəzi xarici ölkələrdə bu cür qərar var.
Lakin həmin qanun bizdə qüvvəyə minmədiyinə görə, bir söz demək çətindir. Əslində nazirin fikri vacib məqamdır.
Çünki bu gün Azərbaycanda film və ya tamaşa çəkilirsə, orada iştirak edən aktyor hərbi xidmət yaşına çatan zaman prosesi yarımçıq qoyur və xidmətə yollanır.
Tam oxu
Xəbəri oxu