Mədəniyyət işçiləri mənzilə təmin olunacaq? Nazirdən açıqlama

12.11.2024

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Teatr işçiləri və digər mədəniyyət sahələrində çalışanların güzəştli şərtlərlə mənzillər əldə etməsi üçün müvafiq qurumlarla danışıqlar aparırıq".

Kulis.az xəbər verir ki, bunu APA-ya Mədəniyyət naziri Adil Kərimli bildirib.

"Xüsusən sosial mənzillərin əldə edilməsi mexanizmlərindən yararlanılmasına çalışacağıq. Bunun üçün xüsusi şərtlərin mövcud olması da müzakirə mövzusudur. Məsələn, sosial mənzillərlə bağlı növbəlilik qaydası var. Gələcəkdə xüsusi mənzillərin təqdim edilməsi ilə bağlı mexanizm mövcud olarsa, onlardan da istifadə etməyi düşünürük".

“Zəfər yolunda 44 gün” adlı kitabın təqdimatı keçirildi Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi Son güllənin rekviyemi - Tural Turanın şeiri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью