Mədəniyyət işçilərinin maaşı artacaq? | Icma.az
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır. “Mədəniyyət sahəsində çalışan şəxslər çox kiçik maaşla işləyirlər”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Mədəniyyət sahəsində çalışan insanların maaşlarında artım olacaqmı?
Heç kimə sirr deyil ki, bu sahədə çalışan adamlarımız, aktyorlarımız, sənət adamlarımız, yazıçılarımız, rəssam və bəstəkarlarımız, kitabxana və muzey işçilərimiz çox kiçik bir maaşla çalışırlar.
Həqiqətən bu insanlar çox fədakardır. Onlar bəzən öz işlərini atıb başqa işlə məşğul olurlar ki, gəlirlərini yaxşılaşdırsınlar.
Gənclərin bu səbəbdən başqa istiqamətlərə yönəlməsi mədəniyyətimizin inkişafına mənfi təsir göstərir.
Sənədli və bədii film çəkmək istədikdə texniki personal çatışmır. Düşünürəm ki, öz insan kapitalına sərmayə qoymalıyıq.
65 yaşa çatan müəllimlərimiz, kitabxana işçilərimiz, aktyorlarımız var. Onların təcrübəsindən yararlanmaq lazımdır.
Tam oxu
Xəbəri oxu