Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mədəniyyət naziri Adil Kərimli Düşənbədə tacik həmkarı ilə görüşüb.
SİA xəbər verir ki, 19-22 may tarixlərində Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirlə əlaqədar nazir Adil Kərimlinin rəhbərlik etdiyi geniş nümayəndə heyəti Düşənbədə səfərdədir.
Tacikistan Milli Kitabxanasında mədəniyyət naziri Adil Kərimli ilə tacik həmkarı xanım Matlubaxon Sattoriyen arasında mayın 20-də ikitərəfli görüş keçirilib.
Əvvəlcə nazirlər Tacikistan Milli Kitabxanası ilə tanış olublar.
Kitabxananın tarixi və nadir əlyazmaların qorunduğu fond haqqında ətraflı məlumat verilib.
Görüşdə çıxış edən M.Sattoriyen Azərbaycan Mədəniyyəti Günlərini iki xalqı daha da yaxınlaşdıran mədəni hadisə kimi səciyyələndirib.