Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub | Icma.az
Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin teatr-konsert müəssisələri və müvafiq təhsil ocaqlarının kollektivləri ilə görüşləri davam edir.
Müəssisələrin fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunur.
Mədəniyyət naziri noyabrın 5-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında kollektivlə görüşüb.
Musiqili Teatrın zəngin keçmişə, özünəməxsus sənət ənənələrinə malik olduğunu deyən nazir ölkəmizdə teatr sahəsinə göstərilən dövlət dəstəyindən danışıb.
Bildirib ki, Prezident İlham Əliyev mədəniyyət sahəsinin də inkişafını daim diqqətdə saxlayır.
Son illərdə teatrlarımızın maddi-texniki təchizatının yaxşılaşdırılması, paytaxtda, həmçinin bölgələrdə yeni teatr binalarının tikilməsi və əsaslı təmir-bərpası istiqamətində böyük işlər görülüb və bu sahədə fəaliyyət davam etdirilir.
Qeyd olunub ki, zaman-zaman Musiqili Teatrda korifey sənətkarlar çalışıb, Azərbaycan və dünya dramaturgiyasının diqqətəlayiq nümunələri tamaşaya qoyulub.
Tam oxu
Xəbəri oxu