Mədəniyyət naziri BMTnin Sivilizasiyalar Alyansının X Qlobal Forumunda iştirak edəcək AZƏRTAC

25.11.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 26-27-də Portuqaliyanın Cascais şəhərində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) "Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda X Qlobal Forumu keçiriləcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, BMT-nin Baş katibi Antonio Quttereşin də iştirak edəcəyi forum Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr olunub.

Bu məqsədlə mədəniyyət naziri Adil Kərimli Portuqaliyaya səfər edib. Səfər BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə gerçəkləşib.

Qeyd edək ki, Türkiyə və İspaniya tərəfindən irəli sürülən “Mədəniyyətlər İttifaqı” təşəbbüsü əsasında 2005-ci ildə yaradılan BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan da daxil olmaqla, 100-dən çox ölkəni ətrafında birləşdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью