Mədəniyyət naziri Kürdəmirdə vətəndaş qəbulu keçirəcək AZƏRTAC

03.12.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 3 dekabr, AZƏRTAC

Mədəniyyət naziri Adil Kərimli dekabrın 14-ü saat 10:00-da Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasında vətəndaşları qəbul edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Kürdəmir, Ucar, Zərdab, Ağdaş, Yevlax, Mingəçevir, Göyçay rayon sakinləri iştirak edə bilərlər.

Vətəndaşların dekabrın 11-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciəti mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью