Mədəniyyət naziri Parisə GETDİ

15.06.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun Baş qərargahında keçiriləcək tədbirlərdə iştirak məqsədilə Paris şəhərinə səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Səfər çərçivəsində UNESCO-nun Baş direktoru Xalid Əl-Ənani, UNESCO İcraiyyə Şurasının sədri Nasser bin Həməd Al Hinzab, UNESCO-nun 43-cü Baş Konfransının Prezidenti Khondker M. Talha və təşkilatın rəhbər şəxsləri ilə görüşlər nəzərdə tutulur.

Nümayəndə heyəti həmçinin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş məlumat sessiyasında və UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının Tərəf Dövlətlərinin Baş Assambleyasının 11-ci sessiyasında iştirak edəcək.

Səfər çərçivəsində Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri, mədəni irsin qorunması və beynəlxalq mədəni-humanitar əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью