Mədəniyyət naziri Saatlıda vətəndaşların müraciətini dinləyəcək

01.04.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli aprelin 3-də saat 10:00-da Saatlı rayon Gənclər evində (ünvan: Saatlı şəhəri, Həsən bəy Zərdabi küçəsi 71A) Saatlı, Sabirabad, İmişli, Beyləqan və Hacıqabul rayonlarından olan vətəndaşların müraciətini dinləyəcək.

Bu barədə "Unikal"a Mədəniyyət Nazirliyindən bildirilib.

Vətəndaşlar aprelin 2-dək nazirliyin [email protected]  elektron poçt ünvanı və (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью