Mədəniyyət nazirinin müşaviri: Hacı Murad Yagizarovun yaratdığı obrazlar dillər əzbəridir

16.09.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 sentyabr, AZƏRTAC

Xalq artisti Hacı Murad Yagizarovun vəfatı Azərbaycan mədəniyyəti üçün çox böyük itkidir. Murad müəllim həm kino, həm də teatr sahəsində unudulmaz obrazlar yaratmış görkəmli bir aktyordur. Onun yaratdığı obrazlar dillər əzbəridir. Mənim bəxtim gətirib ki, onunla həmkar olmuşam.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov deyib.

Onun sözlərinə görə, Xalq artisti səhhətində yaranan problemlərə görə bir müddət Bakıya gələ bilməyib: “Lakin vəfat etdikdən sonra Azərbaycan dövlətinin dəstəyi ilə onun nəşi vətənə gətirildi və burada da dəfn olundu”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью