Mədəniyyət Nazirlərinin 2ci Yüksək Səviyyəli Görüşü təşkil edilib | Icma.az
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Sessiya çərçivəsində noyabrın 15-də Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb.
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik qeyd edib ki, iqlim dəyişiklərinin mədəniyyətə təsiri get-gedə artmaqdadır: "Biz gələcəyimiz üçün mədəni irsimizi qorumağa çalışacağıq".
Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) Baş direktoru xanım Aruna Francesca Maria Gujral iqlim böhranına qarşı davamlı həllərin tapılmamasından təəssüfləndiyini söyləyib.
Bildirib ki, bu sahədə fundamental inkişafa nail olmaqla həm də öz mədəniyyətimizi qorumalıyıq.
UNESCO-nun Mədəniyyət sektoru icra aparatının rəhbəri Dorine Dubois deyib ki, bu gün iqlim dəyişikliyi nəticəsində çoxsaylı mədəni irs nümunəsi məhv olmaq üzrədir.
Tam oxu
Xəbəri oxu