Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11.12.2025

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Heydər Əliyev adına Saray “Musical Group” MMC (VÖEN - 1806590671) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müqavilənin şərtlərinə görə, “Musical Group” MMC Bəxtiyar Vahabzadənin 100 illik yubiley gecəsinin təşkili ilə əlaqədar texniki avadanlıqları Saraya icarəyə verəcək və qarşılığında 24 min 158 manat alacaq.
Məlumat üçün bildirək ki, “Musical Group” MMC 30 yanvar 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC “Sabunçu rayonu, Maştağa ŞTQ, Bağ evi, ev 700” ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Abasov Bəxtiyar Kərəm oğludur.
“Musical Group” MMC barəsində açıq mənbələrdə məlumat mövcud deyil. Rəsmi məlumatlardan isə belə görünür ki, MMC ancaq Heydər Əliyev adına Saray ilə satınalma müqavilələri imzalayır. 51 min 130 manat dəyərindəki ilk müqavilə “Musical Group” dövlət qeydiyyatına alındıqdan cəmi 2 ay sonra imzalanıb.
Onu da bildirək ki, Bəxtiyar Vahabzadənin 100 illik yubiley gecəsinin təşkilatçısı Mədəniyyət Nazirliyidir. Nazirlik bu tədbiri “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Prezidentinin 21 fevral 2025-ci il tarixli Sərəncamı əsasında keçirir.
Bağlanılan satınalma müqaviləsi də onu göstərir ki, Heydər Əliyev adına Sarayda keçiriləcək tədbir dövlət büdcəsi hesabına həyata keçirilir. Lakin onu da qeyd edək ki, Bəxtiyar Vahabzadənin 100 illik yubiley gecəsində iştirak bilet alışı ilə mümkündür. Açıqlanan məlumatlarda bilet qiymətlərinin 20-140 manat arasında dəyişdiyi qeyd olunub.
Məlumat üçün onu da qeyd edək ki, sabah – 13 dekabr tarixində baş tutacaq tədbir üçün nəzərdə tutulan biletlərin böyük əksəriyyəti satılıb. Hazırda son sıralarda qalan azsaylı yerlər üçün təklif olunan biletlərin qiyməti isə 50-60 manata bərabərdir.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью