Mədəniyyət Nazirliyi Qobustan qoruğunda yaşıllaşdırma aksiyası keçirib

23.11.2024

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mədəniyyət Nazirliyi tərəfindən noyabrın 23-də Qobustan Milli Tarix-Bədii Qoruğu ərazisində ağacəkmə aksiyası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar təşkil olunan aksiya zamanı nazirliyin əməkdaşları ərazinin iqlim şəraitinə uyğun müxtəlif növ ağac tingləri əkib, aqrotexniki qulluq göstərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью