Icma.az, Sitat.info saytına istinadən bildirir. Tarixi abidələrimiz qorunmalıdır.
Amma hər gün mediada və sosial şəbəkələrdə tarixi abidələrimizin baxımsızlıqdan məhv olduğuna dair məlumatlar paylaşılır.
Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Qəbələdə də tarixi abidələrin bir çoxu baxımsızlıqdan məhv olur və yaxud məmurların biganəliyindən yaşı yüzillərlə ölçülən tarixi abidələr zibilliyə çevrilir.
Qəbələnin Həzrə kəndi də tarixi abidələrin məskənidir. Kənddə yerli əhalinin Övliya türbələri adlandırdığı, XIV əsrə aid müqəddəs hesab edil
Kəndin adı həmin türbələrlə bağlıdır. Ərəb dilində həzr “ocaq, pir” deməkdir.
Orta əsrlərə aid qədim qəbiristanlıq arxeoloji abidəsi, Şeyx Bədrəddin (1446), Şeyx Məhəmməd (XV əsr), Şeyx Mənsur (XVI) türbələri memarlıq abidələri, şimalda Həzrə dağında Dördkünc formalı bürcdən ibarət, kirəc məhlulu ilə daşdan hörülmüş müdafiə qülləsi ərazinin qədimliyindən xəbər verir.
Yerli əhali arasında “Qalayeri” kimi tanınan bu qüllə IX-XI əsrlərdə Qəbələ feodal hakimliyinin şərq sərhədlərini qorumaq üçün nəzarət məntəqəsi rolunu oynayır.
Amma bu abidələr baxımsızlıqdan məhv olur. Həyacan təbilini isə Qəbələyə səfər edən ictimai fəal Ramil Əliyev qaldırıb.