Mədəniyyət Nazirliyinə məxsus obyekt yandı

13.11.2024

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qaxda klub yanıb.

News24.az Unikal-a istinadla xəbər verir ki, yanğın hadisəsi gecə saatlarında rayonun Əmbərçay kəndindəki Mədəniyyət Nazirliyinə məxsus klubda baş verib.

Yanğın yerinə Qax Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb edilib.

Yanğın zamanı ümumi sahəsi 370 kvadratmetr olan klubun 320 kv.m hissəsi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью