Mədəniyyətdən uzaq mədəniyyət işçiləri

12.10.2026

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə deyib ki, islahatların gedişatında son hədəf keyfiyyətli, peşəkar və dayanıqlı kitabxana xidmətlərinin həyata keçirilməsidir. Bunun təməlində isə kitabxana sahəsində xidmətləri həyata keçirən şəxslərin həm sosial təminat, həm də onların peşə hazırlığının yüksəldilməsi istiqamətində işin təşkili durur.
Nazir bildirib ki, bu prosesdə kadrların dəyərləndirilməsi üçün gələn ildən kitabxanaçıların attestasiyası həyata keçiriləcək.
Newscenter.az xatırladır ki, artıq bir neçə ay əvvəl kitabxana işçiləri üçün imtahan keçirilib və əksəriyyət imtahandan kəsilib. Xəbər saytı olaraq apardığımız araşdırmalardan məlum olub ki, əksər hallarda imtahan sualları o qədər də çətin olmayıb. Düzdür, illərini kitabxana işinə həsr edən kitabxanaçılardan da imtahandan kəsilənləri olub. Ancaq bəzi kitabxanaçalıların ən primitiv suallara belə cavab verə bilmədiyi nəticələr əsasında üzı çıxıb.
Saytımıza etibarlı mənbədən daxil olan xəbərə görə, buna səbəb kitabxanaçıların bəzilərinin öz işinə məsuliyyətsiz yanaşması, bu sahəyə qeyri-ciddi yanaşması məlum nəticənin ortaya çıxmasına səbəb olub.
Araşdırmalarımız nəticəsində məlum olub ki, paytaxtdakı bir sıra Mərkəzləşmiş Kitabxana Sistemlərinin bəzi filiallarının rəhbər və işçi heyəti, eləcə də Səbail MKS-in bəzi filiallarının rəhbərliyində təmsil olunan şəxslərin gün ərzində əsas vaxtı gecə klubları və publarda keçir. Düzdür, hər bir şəxs iş saatından sonra sərbəstdir və onların şəxsi həyatına müdaxilə etmək yolverilməzdir. Ancaq mədəniyyət sahəsində, kitabxana sistemində çalışan səlahiyyətli şəxslərin həftənin 4-5 gününü gecə klubları və publarda keçirməsi yumşaq desək mədəniyyətsizlikdir. Mədəniyyət ocağına rəhbərlik edənlərin bu cür mədəniyyətsiz davranışı ümumilikdə milli-mədəni dəyərlərə ziddir. Ona görə də yaxşı olardı ki, Mədəniyyət Nazirliyi kitabxanaçıların attestasiyası ilə paralel olaraq onların etik-davranış qaydalarına da diqqət yetirsin və ümumi işə öz məsuliyyətsiz əməlləri, davranışları ilə zərər gətirən əməkdaşlar bu sistemdən uzaqlaşdırılsın.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью