Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29.08.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində Azərbaycan və gürcü milli rəqs dərnəyi fəaliyyətə başlayıb.

Dərnəyin təşkil olunmasında məqsəd hər iki xalqın zəngin mədəniyyətini, incəsənətini və rəqs ənənələrini gənclər arasında təbliğ etmək, eləcə də soydaşlarımızla gürcü gəncləri arasında mədəni inteqrasiyanı və dostluq əlaqələrini daha da möhkəmləndirməkdir.

Mərkəzin rəhbəri Rəna Hüseynovanın sözlərinə görə, dərslər peşəkar təlimçilər tərəfindən keçirilir. Təlim proqramına Azərbaycan milli rəqsləri ilə yanaşı, gürcü xalq rəqslərinin incəlikləri də daxildir.

Dərnəyin bədii rəhbəri Ceyran Qurbanova bildirib ki, dərnək çərçivəsində iştirakçılara həm Azərbaycan milli rəqslərinin (məsələn, “Yallı”, “Tərəkəmə”, “Qaytağı”), həm də gürcü milli rəqslərinin (məsələn, “Kartuli”, “Açaruli”, “Xorumi”) incəlikləri və ifa texnikası peşəkar təlimçilər tərəfindən öyrədilir: “Repertuarımızda Qafqaz xalqlarının və qardaş türk xalqlarının milli rəqsləri də yer alır. Dərslərdə yaş məhdudiyyəti yoxdur. Milli rəqslərimizi öyrənmək istəyənlər üçün yaş məhdudiyyəti yoxdur, məktəb şagirdləri, yeniyetmələr və gənclər  “Alyans” Gənclər Mərkəzinə müraciət edə bilərlər”.  

O, həmçinin qeyd edib ki, məşğələlər gənclərin fiziki inkişafına, qamətlərinin düzgün formalaşmasına və yaradıcılıq potensialının üzə çıxarılmasına böyük töhfə verir. Dərnək iştirakçılarının gələcəkdə müxtəlif mədəniyyət tədbirlərində və festivallarda səhnə alması planlaşdırılır.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью