Mədət Quliyev istefa verdi VİDEO

07.06.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib.

Bakupost.az xəbər verir ki, bu barədə Mədət Quliyevin işlədiyi qurumlarda uzun illər mətbuat katibi işləmiş Yaşar İsakov məlumat verib.

Onun sözlərinə görə, istefaya səbəb M.Quliyevin xidmət apardığı Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədardır.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidentidir.


Elnur

Bakupost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью