Mədət Quliyev vəzifəsindən istefa verir

24.04.2025

Icma.az, Olke.az saytına istinadən bildirir.

Mədət Quliyev xidmət apardığı Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəlib.

Ölkə.Az-ın məlumatına görə, buna qərar general-polkovnikin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədardır.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidentidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью