Mədət Quliyevin oğlu DİNdən uzaqlaşdırıldı

12.11.2024

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli daxili işlər orqanlarındakı  xidmətdən  azad edilib.

Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələr bildirib.

Xəbərə görə, polis mayoru rütbəsində olan Murad Qulubəyli işdən azad edilməsi üçün DİN rəhbərinə özü raport yazıb.

Murad Qulubəylinin hazırda heç bir dövlət orqanında çalışdığı bilinmir.

Elmar

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью