“Medi Hall”da bədən şəkilləndirmə etdirən qadın öldü

16.02.2026

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.
Demokrat.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.
Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью