Media: ABŞ və Avropada İran rejiminin devrilməsi ilə bağlı gizli müzakirələr başlayıb

21.06.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 iyun, AZƏRTAC

ABŞ və Avropa İttifaqından olan diplomatlar İranın Ali lideri Ayətullah Seyid Əli Xameneini kimin əvəz edəcəyi ilə bağlı məxfi danışıqlar aparırlar.

AZƏRTAC xəbər verir ki, CBS News telekanalı bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, danışıqlarda hakimiyyət dəyişikliyi zamanı xüsusən nüvə obyektlərinin və materiallarının təhlükəsizliyinin təmin edilməsinin mümkünlüyü, habelə nüvə obyektlərinə zərbələrin regional müttəfiqlər üçün mümkün ekoloji nəticələri ilə bağlı məsələlər müzakirə olunur. Telekanalın həmsöhbətləri bildiriblər ki, növbəti iki həftə İran və İsrail arasında münaqişəni dayandırmaq üçün diplomatiyanın “son şansı” olacaq.

Bir müddət öncə, ABŞ Prezidenti Donald Tramp İranın Ali lideri Ayətullah Əli Xameneinin harada gizləndiyini bildiyini və səbrinin artıq tükənmək üzrə olduğunu vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью