MEDİA açıqlama yaydı

25.12.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlama yayıb.

Futbolpress.az xəbər verir ki, qurum Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsi ilə bağlı yalan məlumatların yayılmamasını bildirib:

“Bəzi onlayn media subyektlərində Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinə dair müxtəlif mülahizələrə əsaslanan məlumatlar yayılmaqdadır.

Media subyektlərini məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq.

Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir.

Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa, cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağırırıq”.

Əsas xəbərlər, Manşet, MEDİA “Media savadlılığı hər kəs üçün önəmlidir”

20 Dekabr 2024, 14:23

Əsas xəbərlər, MEDİA “Media Savadlılığı”: könüllülər üçün təlim keçildi

20 Dekabr 2024, 13:25

Əsas xəbərlər, MEDİA Futbolun kütləviləşməsi və inkişafı zəruri edən amillər

15 Dekabr 2024, 16:01

Əsas xəbərlər, MEDİA “Media Savadlılığı” həftəsi keçiriləcək

13 Dekabr 2024, 16:15

Əsas xəbərlər, MEDİA MEDİA onlayn media üçün müsabiqə elan etdi

25 Noyabr 2024, 12:21

Əsas xəbərlər, MEDİA, Ölkə futbolu MEDİA “Qarabağ”ın qonağı oldu – FOTO

31 Oktyabr 2024, 17:08

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью