Icma.az bildirir, Azertag portalına istinadən. Bakı, 16 oktyabr, AZƏRTAC Avropa İttifaqının (Aİ) səfirləri Rusiyaya qarşı nəzərdə tutulan 19
AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Rusiyaya qarşı sanksiya paketinin oktyabrın 17-də yenidən müzakirə olunacağı planlaşdırılır.
Qeyd edək ki, bir müddət öncə Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqını öz daxili problemlərini ört-basdır etmək üçün Ukrayna ilə bağlı müzakirələr aparmaqda ittiham edib.
O, həmçinin avtomobil sənayesində yaşanan böhran və enerji daşıyıcılarının qiymətinin yüksək olması ilə bağlı Avropa Komissiyasına konkret siyasi göstərişlər verilməsə, Rusiyaya qarşı yeni sanksiya paketlərinin müzakirəsində maraqlı olmayacağını vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.