Media: Avropa İttifaqı ABŞ ın Ukrayna ilə bağlı sülh planını uğursuz hesab edir

21.11.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Avropalı rəsmilər və diplomatlar ABŞ-ın Ukrayna münaqişəsinə yanaşma tərzini dəyişməsindən və Kiyevə uğursuz sövdələşmə təklifindən məyusdurlar.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Brüssel Donald Trampın planının Rusiyanı qane edən siyahıdan ibarət olduğunu düşünür və bunun çox uğursuz plan olduğuna inanır. Avropa İttifaqı, həmçinin Ukraynaya hərbi yardım xərclərini ödəməyə razılaşdıqdan sonra belə, danışıqlar masası arxasında yer almadıqlarından narazıdırlar.

Qeyd edək ki, noyabrın 19-da ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Kiyev və Moskvanın mövqeləri nəzərə alınmaqla Ukraynadakı münaqişənin nizamlanması üzrə təkliflər hazırladığını bildirib. “Axios” portalının yazdığına görə, Vaşinqtonun təklifləri ABŞ-ın Ukrayna və Avropaya təhlükəsizlik zəmanəti verməsi müqabilində Kiyevin müəyyən ərazilərdən imtinasını ehtiva edir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Moskva Ukrayna münaqişəsi üzrə “razılaşma” ilə bağlı rəsmi kanallar vasitəsilə ABŞ-dan heç bir məlumat almayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью