Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 12 noyabr, AZƏRTAC
Barselonada yaşayan mühacirlərin ümumi sayı şəhər əhalisinin 31 faizinə çatıb. 2000-ci ildə bu rəqəm 5 faiz təşkil edib.
AZƏRTAC xəbər verir ki, “El Mundo” qəzetinin məlumatına görə, 25-39 yaşlı sakinlər arasında əcnəbilərin nisbəti artıq yerli əhalinin sayını üstələyir.
Ümumilikdə isə 1,7 milyon əhalisi olan Barselonada Argentina, Venesuela, Honduras, İtaliya, Çin, Kolumbiya, Mərakeş, Pakistan, Peru və Ekvadordan çox sayda mühacir yaşayır.
İspaniyanın Milli Statistika İnstitutu 2025-ci il oktyabrın 1-də ölkə əhalisinin 49,4 milyon nəfəri keçdiyi barədə məlumat yayıb. Hazırda ölkədə 9,8 milyondan çox mühacir var.
Qeyd edək ki, 2024-cü ilin oktyabrında İspaniyanın Baş naziri Pedro Sançes Avropanın “demoqrafik qış” yaşadığını və buna görə də mühacirlərə ehtiyac duyduğunu bəyan edib.