Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
20 fevral 2025-ci il tarixində Azərbaycanın bir neçə onlayn media resursuna kütləvi kiber hücumu gerçəkləşib.
Hazırda hücumun nəticələrinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görülür və Medianın İnkişafı Agentliyinin (MEDİA) də bununla bağlı müvafiq açıqlaması mövcuddur.
Açıqlamada hücumun mahiyyəti ilə yanaşı, oxşar halların gələcəkdə təkrarlanmaması üçün media qurumlarına yönəlik çağırış da yer alıb.
MEDİA tövsiyə edib ki, media qurumları öz resurslarının mühafizəsinə daha həssas yanaşsınlar.
Maraqlıdır, onlayn media resurslarımıza kütləvi kiber hücuma səbəb nədir?
Anti-Azərbaycan qüvvələri dövlətimizə qarşı duyduqları qəzəb və nifrəti niyə məhz media resurslarını sıradan çıxarmaqla sərgiləməyə çalışıb?
Bu suala cavab vermək üçün mediamızın Vətən müahribəsi və eləcə də post-müharibə dönəmindəki fəaliyyətinə, onun inkişaf tempinə nəzər salmaq kifayətdir.