Media: Fransa XİN in rəhbəri Suriyadakı terrorçuların başçısı ilə görüş elan edib

24.04.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 24 aprel, AZƏRTAC

Fransa xarici işlər naziri Jan-Noel Barro PKK-YPG terror təşkilatının Suriya qanadının başçısı “Mazlum Abdi” ləqəbli Ferhat Abdi Şahinlə görüş keçirəcək.

AZƏRTAC Türkiyənin “Haber Global” kanalına istinadla xəbər verir ki, fransalı nazir Türkiyə tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş terrorçu ilə görüşünü İraqın şimalına səfəri çərçivəsində elan edib.

Görüşün yeri və vaxtı açıqlanmayıb.

Türkiyə hakimiyyəti Parisin PKK-YPG terrorçuları ilə əlaqələrini dəfələrlə pisləyib.

Bir çox məsələlərlə yanaşı, bu məsələdə də Ankaranın mövqeyi cari ayın əvvəlində Fransada keçirilən danışıqlar çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən səsləndirilib.

Fransalı həmkarı ilə görüşün yekununda H. Fidan Suriyanın şimalında PKK-YPG terrorçularının mövcudluğuna son qoyulmalı olduğunu bildirib. Eyni zamanda, Ankara bu mübarizədə Parisdən dəstək gözlədiyini vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью