MEDİA İran hadisələri ilə bağlı XƏBƏRDARLIQ YAYDI

01.03.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda media və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumat axını müşahidə olunmaqdadır”.

Gununsesi.info  xəbər verir ki, bu barədə Azərbaycanın Medianın İnkişafı Agentliyindən bildirilib.

Qurum dezinformasiya risklərinin yüksək olduğu bir vəziyyətdə bütün media subyektlərini yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırıb:

“Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью