Media: İran hücum təhlükəsi ilə əlaqədar Xamneyi ailəsini təxliyə edir

28.02.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İslam İnqilabı Keşikçiləri Korpusu İranın ali dini lideri Əli Xamneyinin ailə üzvlərini ölkə daxilində sığınacaqlara təxliyə edib.

Bizimyol.info "mignews"a istinadən xəbər verir ki, bu barədə İran dövlət kanalına kəşfiyyat mənbələri məlumat verib.

"Müstəsna addım kəşfiyyat məlumatlarının yüksək səviyyəli İran rəsmilərinə hücumları əhatə edə biləcək əhəmiyyətli hərbi eskalasiya ehtimalını göstərməsindən sonra atılıb", – deyə mesajda qeyd edilir.

Mənbələrin bildirdiyinə görə, təcili evakuasiya qərarı "İran ərazisinə qaçılmaz hücumun real təhlükəsi haqqında məlumat" fonunda qəbul edilib.

Ölkənin rəsmi orqanları bu məlumatı şərh etməyiblər. Bununla belə, səhər tezdən ölkə daxilində strateji ərazilərdə təhlükəsizlik qüvvələrinin aktiv hərəkəti müşahidə olunub.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью