Media: İranın cənubunda partlayışlar baş verib

08.05.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 8 may, AZƏRTAC

İranın cənubunda yerləşən Bəndər Abbas və Minab şəhərlərində partlayış səsləri eşidilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

Agentlik hadisə ilə bağlı əlavə məlumat verməyib. Daha əvvəl isə Bəndər Abbas səmasında dronun vurulduğu barədə bildirilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью