Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ankara, 13 oktyabr, AZƏRTAC
Türkiyənin üçüncü ən böyük şəhəri olan İzmirin körfəzində sualtı nəqliyyat tuneli tikiləcək. Bu layihə Egey regionunun həmin hissəsində tıxac probleminin həllinə imkan verəcək.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuqay ötən həftə hakim Ədalət və İnkişaf Partiyası (AKP) sıralarına qoşulduqdan sonra bu meqa-layihənin həyata keçirilməsi planını açıqlayıb.
Onun sözlərinə görə, tuneldən dəmir yolu xətti də keçəcək. Bu, İzmirin iki böyük rayonu – Qaziemir və Mavişehir arasında metro qatarlarının maneəsiz hərəkətini təmin edəcək.
Bələdiyyə sədri bu infrastruktur layihəsinin icrası ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın razılığının artıq alındığını vurğulayıb. Tikintinin başlama və başa çatma tarixləri hələ razılaşdırılmayıb.
Bundan əlavə, İzmirdə ikinci dairəvi avtomobil yolunun tikintisi ilə əlaqədar təşəbbüsün də müzakirə olunduğu məlum olub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri\
Ankara