Media: Kanada Ukraynaya 10 min ədəd “Browning” tapançası verə bilər

10.02.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 10 fevral, AZƏRTAC

Kanadanın hakimiyyət orqanları II Dünya müharibəsindən qalan “Browning Hi-Power” tapançalarını Ukraynaya tədarük edə bilər.

AZƏRTAC xəbər verir ki, Kanada hələlik Ukrayna Silahlı Qüvvələrinin bu tapançalara ehtiyacı olub-olmadığı ilə bağlı Kiyevdən cavab almayıb.

“Ottawa Citizen” nəşrinin məlumatına görə, Kanada hakimiyyəti 2022-ci ildə həmin tapançaları utilizasiya etmək istəsə də, sonradan onları Ukraynaya göndərmək qərarına gəlib.

Qeyd edək ki, 2022-ci ilin fevral ayından bəri Ottava Kiyevə 4,5 milyard Kanada dollarından (3,2 milyard ABŞ dolları) çox hərbi yardım göstərib. Kanada həmçinin Ukrayna üçün ABŞ silahları alan PURL proqramında iştirak edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью