Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
- + Demək olar ki, hər gün, hər saat, hər dəqiqə banklardan şikayətçi olan siravi vətəndaşların siyahısına baş redaktorlar da qoşuldu.
Onlar narazı olduqları bankların adlarını açıqladı. Tribunainfo.az banklardan narazı olan baş redaktorların sorğusunu təqdim edir.
“Pravda.az”ın baş redaktoru İlkin Pirəli bildirib ki, Azərbaycanda banklarla bağlı problemlər kifayət qədərdir.
Onun sözlərinə görə, bunu sosial şəbəkələri izləməklə görmək mümkündür. “Ən çox da şikayət edilən bank “Kapital Bank”dır.
Bu da təbiidir, çünki ölkənin ən böyük banklarındandır, müşətirisi çoxdur. Belə olan halda bank işinə məsuliyyətlə yanaşmalıdır.
Ən böyük problemlərdən biri təhlükəsizliklə bağlıdır. İnsanlar vəsaitlərinin güvəndə olduğuna əmin deyillər.
Baxın, kartlardan nə qədər dələduzluq yolu ilə vəsait çəkilir. Məsələ hələ də aktualdır və həllini tapmır”.