Media könüllüsü layihəsinin genişləndirilməsi nəzərdə tutulub

29.10.2025

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gələcəkdə "Media könüllüsü" layihəsinin daha da genişləndirilməsi nəzərdə tutulub. SİA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Media Könüllülərinin II şəbəkələşmə görüşündə deyib.

Onun sözlərinə görə, agentliyin təşkil etdiyi "Media könüllüsü" layihəsinin digər könüllü fəaliyyətlərindən fərqlənməsi üçün müntəzəm işlər görülür: "Layihənin məzmunu jurnalistikaya həvəsi olan gənclərə faydalı olmaqdır. Layihə çərçivəsində keçirdiyimiz tədbirlər daim gənclərin inkişafına yönəlib. Onların asudə vaxtlarının boşa getməməsi, məhsuldar keçməsi üçün xüsusi diqqət yetirilib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью