Media: Mask tezliklə Ağ evdəki vəzifəsindən gedəcək

02.04.2025

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ mediası mənbəyə istinadla məlumat verib. Onun yaxın həftələrdə indiki vəzifəsindən ayrılacağı bildirilir.
Qeyd olunur ki, Prezident Mask və onun Hökumətin Səmərəliliyi Departamentinin fəaliyyətindən məmnundur, lakin hər ikisi Maskın öz bizneslərinə qayıtması və dəstəkliyici rolunu davam etdirməsi barədə ortaq fikrə sahibdirlər.
Mask hökumət tərəfindən "xüsusi dövlət işçisi" kimi işə götürüldüyündən onun təyinatı 130 gündən çox olmamalıdır. Onun səlahiyyət müddəti mayın sonunda bitir. Daha əvvəl Ağ evin onu saxlamaq və ya iş statusunu hansısa şəkildə uzatmaq üçün addımlar atacağı ehtimal edilirdi.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью