Media: Merz Çinə ilk səfərini planlaşdırır

09.07.2025

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Media: Merz Çinə ilk səfərini planlaşdırır

Almaniya kansleri Fridrix Merz ilk səfərini Çinə etməyi planlaşdırır ki, bu da uzun müddət davam edən gərginlikdən sonra ölkələr arasında münasibətləri yumşaltmalıdır. Məlumatı “Kaliber.az” verib. 

Xəbər verdiyi kimi, “Reuters” Avropanın ən böyük iqtisadiyyatı və Çinin əsas ticarət tərəfdaşlarından birinin hökumət başçısının səfəri, xüsusilə Pekin və Vaşinqton arasında ticarət gərginliyinin pisləşməsi fonunda ikitərəfli münasibətlərin qorunması üçün simvolik əhəmiyyət kəsb edəcək.

Agentliyin mənbəsinin sözlərinə görə, Çin şirkətləri Almaniya iqtisadiyyatına investisiyaların artırılmasında maraqlıdır və kanslerin səfəri Berlinlə münasibətlərdə gərginlik dövründən sonra əlaqələrin bərpasına kömək edə bilər.

Səfər bu ilin oktyabrında baş tuta bilər, lakin onun son tarixi və təfərrüatları qeyri-müəyyən olaraq qalır və dəyişə bilər. Məlumdur ki, hökumət başçısını Almaniyanın aparıcı şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti müşayiət edəcək.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью