Media: “Microsoft” 300 dən çox əməkdaşını ixtisar edir

03.06.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 iyun, AZƏRTAC

ABŞ-ın “Microsoft” şirkətinin 300-dən çox əməkdaşı iş yerlərinin ixtisarı ilə bağlı bildiriş alıb.

AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyi məlumatına görə, bu, şirkətin may ayında elan etdiyi 6 min ixtisara əlavədir.

“Biz şirkətin dinamik inkişaf edən bazarda uğur qazanması üçün lazım olan təşkilati dəyişiklikləri həyata keçiririk”, - deyə texnoloji qurumun nümayəndəsi agentliyə şərhində deyib.

Şirkətin baş direktoru Satya Nadellanın sözlərinə görə, büdcədəki vaxtaşırı ixtisarlar və istiqamətin dəyişdirilməsi texnologiya bazarındakı vəziyyətdən asılıdır. Hazırda süni intellektin gücləndirilməsi üçün lazım olan məlumat mərkəzlərinin elektrik enerjisi ilə təminatına böyük vəsait tələb olunur. Süni intellekt ixtisar olunan əməkdaşların işini yerinə yetirməyə imkan verir.

2024-cü ildə şirkətdə təxminən 228 min işçisi çalışıb ki, onların da təxminən 55 faizi ABŞ-ın payına düşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью