Media: MKİ rəhbəri Zelenski ilə İrlandiyada görüşüb

22.09.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 22 sentyabr, AZƏRTAC

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff İrlandiyanın Şennon hava limanında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, görüş sentyabrın 21-dən əvvəl baş tutub. Digər mənbə isə bildirib ki, görüş Retkliff və Zelenskinin təyyarələrinə yanacaq doldurulduğu zaman keçirilib. Tərəflərin hansı məsələləri müzakirə etdiyi açıqlanmayıb.

Qeyd edək ki, avqustun 25-də Con Retkliff Moskvaya səfər edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov səfərin iki ölkənin kəşfiyyat orqanları arasında əlaqələrlə bağlı olduğunu bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью