Media: NATO da onlarla vəzifənin ixtisarı planlaşdırılır

19.06.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 iyun, AZƏRTAC

NATO-nun Baş katibi Mark Rütte alyansdakı iki bölmənin ləğvini və onlarla vəzifənin ixtisarını planlaşdırır.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə alyansdakı mənbələrinə istinadla məlumat yayıb.

Mark Rütte son zamanlar keçirdiyi daxili iclaslarda NATO-da struktur islahatlarının aparılacağını, o cümlədən alyansın iki beynəlxalq bölməsinin - mətbuat xidməti kimi fəaliyyət göstərən ictimai diplomatiya və kadrlar şöbələrinin ixtisar olunacağını bəyan edib. Onların funksiyaları digər şöbələr arasında bölüşdürüləcək, rəhbərliyi isə vəzifədən azad olunacaq. Nəşrin yazdığına görə, ilk olaraq qısamüddətli (altı aylıq) müqavilə ilə işləyən gənc “müvəqqəti” işçilər ixtisara məruz qalacaq.

Qeyd edək ki, mənzil-qərargahı Brüsseldə yerləşən Şimali Atlantika Alyansında 4 minədək işçi çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью