Icma.az bildirir, Milli.az portalına istinadən. Media nümayəndələri COP29 çərçivəsində yekun işlərlə tanış olublar.
Trend xəbər verir ki, mediaturda Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və əməliyyatlar üzrə Baş İcraçı Direktoru Nərmin Carçalova və əməliyyat şirkətinin departamentlərinin rəhbərləri iştirak ediblər.
Əvvəlcə qonaqlar COP29 əməliyyat şirkətinə baş çəkib, daha sonra onların elektrobuslarla Bakı Olimpiya Stadionuna transferi təşkil edilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov mediatur zamanı vurğulayıb ki, COP29-a hazırlıqla məşğul olan bütün komanda yerli kadrlardan ibarətdir.
"Heydər Əliyev Fondunun və "Regional İnkişaf" İctimai Birliyinin komandası da buradadır", - o bildirib.
A.Ələkbərov qeyd edib ki, tədbir zamanı fotoqrafların və heykəltəraşların bir çox sərgiləri nəzərdə tutulub.
"Bundan əlavə, hər gün onlarla təqdimat keçiriləcək. QHT tədbirlərinin keçirilməsi üçün xüsusi zallar da var ki, bu da Azərbaycanın onların
Media nümayəndələri ərazidə yaradılan infrastruktur və obyektlər, iştirakçıların qeydiyyat prosesi və digər istiqamətlərdə görülən işlərlə y