Media nümayəndələri “Qəbələ Konserv Zavodu” ilə tanış olub | Icma.az
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən ayın sonları kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Qəbələ Konserv Zavoduna media tur təşkil edilib.
Tur çərçivəsində Qəbələ Konserv Zavodu MMC-nin əməkdaşı təmsil etdiyi qurum barədə media nümayəndələrinə məlumat verib.
Belə ki, o qonaqlara “Natura” brendinin istehsalçısı olan Qəbələ Konserv Zavodunun müasir Avropa texnologiyaları ilə təchiz edildiyini bildirib.
Bununla yanaşı, qonaqlar zavodun iş prosesi ilə tanış olublar. Onlara “Natura” şirələrinin istehsal mərhələləri əyani şəkildə göstərilib.
Qəbələ Konserv Zavodu MMC-nin direktor müavini Rahib Kərimov bildirib ki, şirkət öz istehsal prosesini geniş auditoriyaya təqdim etməkdən məmnunluq duyur: “Qəbələdə istehsal etdiyimiz məhsulların keyfiyyəti və qida təhlükəsizliyi bizim üçün ən önəmli prioritetdir.
Biz hər istehsal mərhələsində müasir texnologiyalardan istifadə edərək məhsullarımızın ən yüksək standartlara uyğun olmasını təmin edirik.
Yerli bazarda və beynəlxalq arenada keyfiyyətli, həmçinin etibarlı məhsullar təqdim etmək əsas məqsədimizdir”.
Tam oxu
Xəbəri oxu